E-mail: [email protected]
Bağçalara qəbulda yeni qaydalar rüşvətə yol açacaq?
Xəbər verdiyimiz kimi, iyulun 18-i saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi başlayıb.
Bağçalara qəbulda bəzi kateqoriyadan olan uşaqlara üstünlük verilməsi müzakirələrə səbəb olub. Bu özlüyündə rüşvət üçün yeni yolun başlanğıcı kimi qiymətləndirilib.
Məsələ ilə təhsil eksperti Kamran Əsədov Modern.az-a danışıb.
Ekspert deyib ki, hazırda ölkədə 1693 uşaq bağçası fəaliyyət göstərir, burada 123 min uşaq təlim-tərbiyə prosesinə cəlb edilib:
"Bağçalara qəbul prosesinin bir neçə kateqoriyaya bölünməsinin pis və yaxşı tərəfləri var. Yaxşı tərəfi odur ki, qanunun tələbinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid övladlarının qəbulu birinci aparılır. Ardınca isə bağçanın yerləşdiyi mikro ərzidə yaşayanların qəbul prosesi aparılır. Bu kifayət qədər yaxşı addımdır. Çünki bəzən şahidi oluruq ki, bağçanın yerləşdiyi mikro ərazidə yaşayan şəxs övladını həmin bağçaya qoya bilmir, amma kənardan gələn bir şəxs pul ilə övladını o bağçaya qoyur. İndi bu prinsip aradan qaldırılıb".
K.Əsədov söyləyib ki, ən azından bağçalara qəbul prosesində rüşvətxorluğa yol verilməməlidir:
“İnanıram ki, Təhsil Nazirliyi şəffaf şəkildə qəbul prosesini həyata keçirəcək. Amma qısa zamanda yerlər dolacaq və həmin elektron qəbul zamanı əsassız pul tələbləriylə uşaq bağçalarına qəbul həyata keçiriləcək. Bu ciddi problemdir”.
Qeyd edək ki, bağçalara qəbul prosesi ayrı-ayrı kateqoriyalar üzrə həyata keçiriləcək.
Belə ki, məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları verilib.
Həmin kateqoriyaya aşağıdakı qrupları aiddir:
- şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
- tək işləyən valideynlərin övladları;
- I və II qrup əlillərin övladları;
- hərbi xidmətdə olan valideynlərin övladları;
- təhsilalan anaların övladları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.
B- şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
- tək işləyən valideynlərin övladları;
- I və II qrup əlillərin övladları;
- hərbi xidmətdə olan valideynlərin övladları;
- təhsilalan anaların övladları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.