19 
iyl
2022
11:27
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəhid ailələri və müharibə əlillərinə yaxın iki ayda daha 500 mənzil və fərdi EV VERİLƏCƏK - FOTO

19 iyl, 2022
11:27
975

Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bu il üçün 1 500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Cari ilin ilk altı ayında artıq 600 mənzil təqdim olunub.
S.Babayev 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verildiyini deyib.
“Ümumilikdə postmüharibə dövründə 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısına 193 min sosial dəstək xidməti göstərilib”, - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın