20 
iyl
2022
16:53
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda 2 prokurora töhmət verildi, 2-si işdən xaric olundu

20 iyl, 2022
16:53
985

Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
 
Bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər prokurorluq orqanlarından xaric edilib.

Bizimlə əlaqə saxlayın