20 
iyl
2022
23:50
131

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SON DƏQİQƏ! Yevlaxda müəllimə intihar etdi: korrupsiya faktını aşkarladığına görə

20 iyl, 2022
23:50
12131

Yevlax sakini intihara cəhd edib.



KanalS.az xəbər verir ki, Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Məmmədova Saminə Bahadur qızı yaşadığı evdə intihara cəhd edib. Əldə etdiyimiz məlumata görə, S. Məmmədova evdə müxtəlif dərman preparatları qəbul edərək həyatına son qoymaq istəyib. Halı pisləşən S. Məmmədova dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Ailə üzvlərinin verdiyi məlumata görə, S. Məmmədova 1986-cı ildən Yevlax şəhər 1 saylı uşaq musiqi məktəbində forte piano müəlliməsi və konsertmeyster vəzifəsində çalışır.
Əldə etdiyimiz məlumata görə, S.Məmmədovanın intihar etməsinə səbəb Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Yevlax şəhər 1 saylı uşaq musiqi məktəbinin rəhbərliyi tərəfindən ona qarşı olan özbaşınalıqlar və korrupsiya faktları barəsində aidiyyatı qrumlar tərəfindən araşdırılmaması olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın