21 
iyl
2022
02:33
58
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
İran rəsmilərinin övladları müxalifətin xidmətində - VİDEO
21 iyl, 2022
02:33
958
İranda İslam Respublikası qurulandan bəri hakimiyyətdə təmsil olunan yüksək rütbəli şəxslərin yaxınlarının, o cümlədən övladlarının rejimə qatı müxalif olan siyasi təşkilatlara bağlılığına dair çoxsaylı faktlar üzə çıxıb.
Bunun son nümunəsi iki gün əvvəl İran ictimaiyyətinə bəlli olub və təkcə ölkə mətbuatının deyil, xaricdəki farsdilli medianın da gündəm mövzusuna çevrilib.
Söhbət İran parlamentinin deputatı, ölkənin mühüm hakimiyyət qurumlarından sayılan Məsləhət Şurasının üzvü Mustafa Mirsəlimin oğlunun müxalif Xalq Mücahidləri Təşkilatı ilə əlaqəsindən və bu səbəbdən həbs edilməsindən gedir.