21 
iyl
2022
02:44
86

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan: “Taxıl dəhlizi ilə bağlı yekun sənəd bu həftə imzalana bilər”

21 iyl, 2022
02:44
1286

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, Ukraynadan taxıl tədarükü dəhlizinin yaradılması ilə bağlı yekun sənəd bu həftə imzalana bilər.
O, bu barədə “Astana üçlüyü”nün sammitində iştirak etdiyi Tehrandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Biz bu həftə saziş imzalamaqla bu prosesi başa çatdırmaq istəyirik. Ümid edirik ki, planın icrasına yaxın günlərdə başlanacaq. Proses İstanbuldakı koordinasiya mərkəzindən idarə olunacaq və burada ölkəmiz, Rusiya və Ukrayna nümayəndələri iştirak edəcək, BMT də iştirak edəcək. Qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu prosesi başa çatdırmaq üçün səylərimizi davam etdiririk”, - deyə Ərdoğan bildirib.
O əlavə edib ki, Rusiya Ukrayna böhranının həlli istiqamətində Ankaranın səylərini müsbət qiymətləndirir.
Mənbə: TRT

Bizimlə əlaqə saxlayın