E-mail: [email protected]
Putin Abenin dəfn mərasiminə buraxılmayacaq
Yaponiya Rusiya prezidenti Vladimir Putinin keçmiş baş nazir Şinzo Abenin dövlət dəfn mərasimində iştirakını qadağan etməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri Tokiodan şəxsi sanksiyalara məruz qalıb ki, bu da digər məsələlərlə yanaşı, onun ölkəyə girişini məhdudlaşdırır.
Bildirilib ki, bununla belə, Moskva ilə diplomatik əlaqələr kəsilməyib, ona görə də Rusiya tərəfi də mərasimlə bağlı məlumatlandırılacaq.
Yaponiya tərəfi bildirib ki, Putin dəfn mərasimində iştirak etmək arzusunu ifadə edərsə belə, onun ölkəyə girişi üçün məhdudiyyətləri yumşaltmağı planlaşdırmır. Ölkənin XİN rəsmisi Rusiya prezidentinin səfərini gözləmədiyini bildirib.
Qeyd edək ki, Abenin şəxsi dəfn mərasimi iyulun 12-də baş tutub. Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin dəfnə getməyəcəyini bildirmişdi.
Xatırladaq ki, keçmiş baş nazirlə rəsmi vida mərasimi sentyabrın 27-də Tokionun Kitanomaru parkındakı Budokan arenasında keçirilməsi gözlənilir. Yaponiyanın keçmiş baş nazirinə iyulun 8-də seçki mitinqində sui-qəsd edilib. 41 yaşlı silahlı şəxs onu kustar üsulla hazırlanmış ov tüfəngi ilə vurub. Abe xəstəxanada dünyasını dəyişib.