27 
iyl
2022
12:45
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kəlbəcərdə minaya düşən zabitin ayağı amputasiya edildi

27 iyl, 2022
12:45
980

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.
Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir.
V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.
Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik-leytenant Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.

Bizimlə əlaqə saxlayın