28 
iyl
2022
00:10
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İranın “qırmızı xətti” – VİDEO

28 iyl, 2022
00:10
988

Bu günlər İsrail və İranın Azərbaycandakı səfirləri arasında baş vermiş söz dueli mətbuatın və sosial şəbəkələrin diqqət mərkəzindədir. Hətta mövzu Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə reaksiyalar doğurub.
“Azad İran” “Youtube” kanalında yayımlanan videoda sözügedən məsələyə toxunulub.
Hər şey ondan başlayıb ki, iyulun 20-də İsrailin Azərbaycandaki səfiri Corc Dik özünün “Twitter” səhifəsində “Təbrizin sehrli nağılları” adlı kitabı oxuduğunu əks etdirən şəklini paylaşaraq “Bu yaxınlarda mənə hədiyyə edilən bu kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, uşaqlar, bu günlərdə nə oxuyursunuz?” yazıb.
Üstündən bir neçə saat keçəndən sonra İranın Azərbaycandakı səfiri Abbas Musəvi sərt reaksiya göstərərək öz “Twitter” səhifəsində paylaşım edib.

Bizimlə əlaqə saxlayın