28 
iyl
2022
00:12
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Britaniyada koronavirusa qarşı saqqız hazırlanıb

28 iyl, 2022
00:12
7794

Britaniya alimləri COVID-19-a yoluxma riskini azaldan daha bir dərman icad ediblər.
Bu barədə “Penn Today” yerli nəşri yazıb.
Pensilvaniya Universitetinin Stomatologiya fakültəsinin əməkdaşları insan tüpürcəklərindəki koronavirusu zərərsizləşdirən saqqız ixtira ediblər.
Elm ocağının professoru Henri Deniellin sözlərinə görə, saqqızın tərkibində elmi ictimaiyyətdə angiotenzinçevirici ferment-2 kimi tanınan membran zülalı var. Bu maddə kahı hüceyrələrindən süni şəkildə yetişdirilib.
İngilislərin fikrincə, onların gəldiyi nəticələr ilk baxışdan göründüyü qədər sadə deyildi. Məsələn, elm adamları tədqiqat üçün həmçinin “Omikron” və “Delta” ilə yoluxmuş insanların tüpürcəklərindən istifadə ediblər. Nəticədə tüpürcəyin saqqızın reseptorlarına yapışdığı və bununla da ağız boşluğunda infeksiya ehtimalının, demək olar ki, tamamilə - 95% azaldığı məlum olub.
Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın