28 
iyl
2022
00:27
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Vaksin yoluxmanı azaltmır - ÜST-dən çağırış

28 iyl, 2022
00:27
997

Koronavirusa qarşı peyvəndlər saysız-hesabsız insan həyatını xilas edib, lakin infeksiyanın ötürülməsini əhəmiyyətli dərəcədə azalda bilməyib.
 
Turkdunyasi.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
 
Onun sözlərinə görə, vaksinlər ötürülməni əhəmiyyətli dərəcədə azalda bilməyib. ÜST rəhbəri bildirib ki, buna görə də hökumətlərin və özəl sektorun təkcə xəstəliyin gedişatını yüngülləşdirən deyil, həm də infeksiyanın özünün qarşısını alan yeni peyvəndlərin hazırlanmasında əməkdaşlıq etməyə və sərmayə qoymağa davam etməsi çox vacibdir.
 
"Bizim, həmçinin burun spreyi və ya damcı kimi tətbiqi daha asan peyvəndlərə ehtiyacımız var. Koronavirusla mübarizə üçün yeni peyvəndlər və digər vasitələr hazırlandıqca, onların bütün ölkələr üçün eyni dərəcədə əlçatan olması da artıq dərəcədə vacibdir”, - ÜST rəhbəri vurğulayıb.

Bizimlə əlaqə saxlayın