28 
iyl
2022
14:57
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev dövlət agentliyinə üç milyon manat ayırdı - SƏRƏNCAM

28 iyl, 2022
14:57
990

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin üç milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Bizimlə əlaqə saxlayın