31 
avq
2022
23:30
228

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkirdəki "Cindar"ları kimlər himayə edir

31 avq, 2022
23:30
9228

Hörmətli oxucularımız Şəmkir rayonunun Qaryağdı qəsəbəsində yaşayan, özünü dindar kimi qələmə verərək baxıcılıq etməklə insanları aldadaraq, öz toruna salıb pul alan Seyidov Mirhəşim Mireyyub oğlu haqqında sizələrə kifayət qədər məlumatlar vermişik. Bu səfər isə sizə mirhəşimlə yanaşı digər cindardan məlumat verəcəyik. belə ki,  Mirhəşim Seyidovun Kür qəsəbəsində yaşayan qardaşı Seyidov Əli də İslam dinindən sui-istifadə edərək baxıçılıqla məşğuldur. Bir sözlə hər iki qardaş hər cür qanunsuzluğa qol qoyur.  Hörmətli oxucular axı bir rayonda nə qədər baxıcı olar? Çox biabırçı hal ondan ibarətdir ki, bu qanun pozuntusu RPŞ-nin bir addımlığında baş verir. Məlumat üçün bildirək ki, Mirhəşim toruna saldığı adamları qəbul etmək üçün həyətində əməlli-başlı ayrıca otaqda yaradıb. Video çəklişdən də aydın görünür ki, Mirhəşimin toruna düşüb növbə gözləyən insanların sayı kifayət qədərdir. Təəssüflər olsun ki, Mirhəşimin və qardaşı Əlinin  bu dələduzluqları barədə qanunvericiliyə əsasən heç bir tədbir görülmür. Əldə etdiyimiz məlumata əsasən adları çəkilən şəxslər lazımı qurumların "Bığının aldından" keçdiyinə görə hər iki qardaşa gözün üstə qaşın var deyən yoxdur. Əlbəttə ki,bütün rəhbər şəxslər onların dələduzluqla məşğul olduğunu bilirlər. Sadəcə hər iki cindar qardaş lazım olan qədər aylıq rüşvəti hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə çatdırır. Məhz buna görə də Mirhəşimin qardaşı əlinin bu qanunsuz hərəkətlərinə göz yumulur. Qeyd edək ki, iki cindarın qardaşların
qapısının önündə hər gün yüzlərlə adam olur və hər bir kəsə 50-100-150 manatdan başlayaraq baxırlar eləcədə cadu edirlər. Bu adamlar rəsmən islam dinindən sui-istifadə edərək müqəddəs dinimizə, kitabımıza o, cümlədən ölkəmizdə olan mövcud qanunvericiliyə zidd hərəkətlər edirlər. Hələ bu azmış kimi, Mirhəşim qapısında Kamran adında bir pulyığan da saxlayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu məsələylə bağlı müsahibəsində demişdir.
"Azərbaycanda falçılığa və falçılıq adı ilə vətəndaşların aldadılmasına qarşı mübarizə zəruridir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların vəsaitlərini mənimsəmək yolverilməzdir. Bütün səmavi dinlər falçılığı və bu kimi hərəkətləri qətiyyətlə pisləyir. Falçılıq özü xurafatın bir elementi olmaqla yanaşı, hüquqi baxımdan da dələduzluq hesab olunur. Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələr mövcuddur. Eyni zamanda, Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində bu sahədə müəyyən tədbirlər görür, aidiyyəti qurumlarla birgə falçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində, onlarla mübarizə aparılmasında iştirak edir”.
Bəs
görəsən Şəmkir rayon polisi hara baxır, məgər bu dələduz qardaşlardan xəbərləri yoxdur niyə tədbir görmür? Əgər həqiqətəndə xəbərləri yoxdursa o zaman biz xəbərdar edirik. Ümid edib inanırıq ki, Müqəddəs quranımızdan çirkin məqsədləri naminə istifadə edənlərin barəsində qanuna müvafiq tədbirlər görüləcək. Həmin videonu təqdim edirik.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacayıq.


Bizimlə əlaqə saxlayın