avq
2022
15:40
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qarabağ qazisi başçıya etiraz etdi, DAMARLARINI DOĞRADI - Beyləqanda DƏHŞƏT

2 avq, 2022
15:40
95107

Vətən müharibəsi qazisi Elçin Paşayevin intihara cəhd etdiyi deyilir.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
"Beyləqan rayonunun icra başçısı Asif Ağayevdən şikayət edən qazi Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəhd edib. Qazi deyir ki, dəfələrlə başçının qəbulunda olsa da, onu qəbul etməyib, o da bu addımı atmağa məcbur olub", - deyə jurnalist sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, qazi E. Paşayev Prezident İlham Əliyevin müvafiq sərənamları ilə "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.  


Bizimlə əlaqə saxlayın