E-mail: [email protected]
Laçında şəhid olan əsgərimiz son mənzilə yola salınır
Avqustun 3-də Laçında şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.
Turkdunyasi.az xəbər verir ki, hazırda şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndində vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Allah rəhmət eləsin!