avq
2022
12:13
68

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə BAŞLADI

4 avq, 2022
12:13
768

Ermənistan Laçına alternativ yolun tikinti işlərinə başlayıb.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasından əvvəl jurnalistlərlə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
 
“Texnikalar işləyir, yol çəkilir. Biz onu üç yerə bölmüşük, fəal işləyirik. Yolun tikintisi yaza qədər başa çatacaq”,- nazir bildirib.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.
 
Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yolun uzunluğu 32 kilometrdir. Ermənistan tərəfindən çəkiləcək yolun uzunluğu isə 4 kilometr təşkil edir. Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Bizimlə əlaqə saxlayın