avq
2022
05:34
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Londondakı səfirlikdə yenidən bayrağımız dalğalanır - VİDEO

5 avq, 2022
05:34
1678

Azərbaycanın Londondakı səfirliyinin binası üzərində yenidən üçrəngli dövlət bayrağımız dalğalanır.
 
Turkdunyasi.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 
 
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. 
 
İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb. 
 

Bizimlə əlaqə saxlayın