E-mail: [email protected]
İran Azərbaycana qarşı dini radikal və terror qruplaşmalarından istifadə edir: Xomeyninin Zəngəzur narahatçılığı
Dini radikal və terror qruplaşması Azərbaycanın Londondakı səfirliyini ələ keçirərək bayrağımıza qarşı hörmətsizlik ediblər və onu yerə atıblar.
Görünür İran molla rejiminin rəhbəri Xomeyni bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Zəngəzur Dəhlizi ilə bağlı Azərbaycana ötürdüyü siyasi replikaların heç bir nəticə verməyəcəyini anlayıb və xarici ölkədə, Azərbaycan səfirliyində dini radikal və terror qruplaşmalarının əli ilə milli dövlət atributlarımıza hörmətsizlik edərək Azərbaycana təzyiq göstərməyə çalışır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 illik işğala son qoyaraq böyük Zəfər qazanması regionda yeni reallıqlar yaratdı. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Təbii ki, bu İran başda olmaqla həm bəzi qonşu dövlətləri, həm də bir çox dünya dövlətlərini narahat edir. İran xüsusilə Zəngəzur dəhlizinin açılmasını, Azərbaycanın bir başa Naxçıvan və Türkiyə ilə quru əlaqəsinin qurulmasını istəmir. Bunun bir çox səbəbləri var. Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması İran Molla rejimini dərindən narahat edən "İslam Qövsü"nünün tamamlanması deməkdir. Molla rejimi bunu qətiyyətlə rədd edir. Eyni zamanda Zəngəzur Dəhlizinin açılması Türk dünyasının coğrafi birləşməsidir. Məhz bu faktorlar Azərbaycanla açıq və gizli düşmənçilik edən ünsürləri əsaslı şəkildə narahat edir. Ona görə də hərəkətə keçiblər və ölkəmizə, dövlətçiliyimizə və daxili sabitliyimizə təhdidlər yaratmağa çalışırlar. Ancaq ölkə rəhbərliyinin güclü iradəsi, müzəffər xalqımız və ordumuz düşmənlərimizin bizə qarşı mənfi addımlar atmalarına heç vaxt imkan verməyəcək. Dini radikal və terror qruplaşmalarının bu hərəkətinin cavabı layiqincə veriləcək. Şanlı bayrağımız uğrunda şəhid və qazi olan igid Vətən oğullarının haqqını heç vaxt heç kimə verməmişik, verməyəcəyik də!
Anar Salehoğlu
İctimai fəal