E-mail: [email protected]
Optimal– Beton” MMC ətraf mühiti çirkləndirməklə yanaşı, həm də külli miqdarda vergi borcundan yayınır.
“Optimal– Beton” MMC ətraf mühiti çirkləndirməklə yanaşı, həm də külli miqdarda vergi borcundan yayınır. E.Şahməmmədov Gəncədə Şahlıq iddası. Görəsən bu şaha kim "Krişalıq? edir?
Turkdunyasi.az xəbər verir ki, Gəncə-Şəmkir şosesinin 10 km-də Quşqara kəndi ərazsində yerləşən “Optimal - Beton” MMC-nin ətraf mühitə vumuş olduğu zərərlə yanaşı, həm də külli miqdarda vergidən yayınması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Məlumatda bildirilir ki, 2015-cü ildən özünü reklam edən “Optimal-Beton” MMC sement və beton istehsalı ilə ətraf mühitə ciddi ziyan vurur.İstehsalla məşğul olan hər bir sahibkar bilir ki,texniki və təhlükəsizlik şərtlərinə görə sement istehsal edərəkən lazım olan tozların ətrafa yayılmaması üçün filtirlərdən istifadə edilir.Amma sözügedən Məhdud Məsuliyyətli Cəmiyyət bu filtirlər demək olar ki,istifadə etmir.Onu da bildirək ki, sözügedən müəsissə əhalinin sıx yaşadığı Quşqara kəndinin tam mərkəzində yerləşib.
Amma,bu şirkətin qanunsuz əməlləri təkcə ətraf mühitin çirklənməklə bitmir.Məlumatlı mənbənin iddiasına görə, “Optimal-Beton” MMC rəhbəri Eldar Şahməmmədov vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınır.O,mühasibat və vergi sənədlərinin tərtib edilməsi zamanı həmin sənədlərə yanlış məlumatları daxil etdirməklə gəlirlərini, obyektinin tam fəaliyyətini, işçilərin sayını gizlədir.Nəticə etibarı ilə işçilərlə əmək münasibətlərinin düzgün rəsmiləşdirmir, onların real əmək haqları rəsmi sənədlərdə əksini tapmır və ikili mühasibatlıq tərtib etməklə vergi ödəməkdən yayınır.
Əgər “Optimal-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixracına sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çixa bilər.Hətta ekspertiza təyin edilsə enrji və bütün sərfiyyatlar üzərə hesabat aparılarsa bir daha iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar.
Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri ilbəil artır.
Onu da qeyd edək ki,”Optimal-Beton” MMC-nin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yenidən baxılmsı olduqca vacibdir.
Məsələni gündəmdə sağlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.