avq
2022
13:59
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkirdə məktəb direktorunun “Aşura günü”ilə bağlı səs yazısı müzakirələrə səbəb oldu - VİDEO

7 avq, 2022
13:59
94120

Turkdunyasi.az xəbər verir ki, Sosial şəbəkədə Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb.Bu səs yazısı Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Həmən səs yazısını sizə təqdim edirik.

Belə ki,səs yazısına qulaq asanda aydın olur ki,Yay tətili olmasına baxmayaraq Şəmkir rayon İcra başcısı Rəşad Tağıyev və Şəmkir rayon Təhsil sektorunun müdiri Qüdrət Əliyev müəllimlərə rahatlıq vermirlər.Belə demək mümkündürsə,Müəllimlərə göz verib, işıq vermirlər. Məzuniyyətdə olan müəllimlərin istirahət hüququnu kobudcasına pozur, sərt təlimatlarla onları narahat edirlər.

Belə ki, Səs yazısına qulaq asdıqda daha bir ciddi məsələ məlum olur ki, bir tərəfdən tolerantlıqdan,multikulturalizmdən ağız dolusu danışıb, digər tərəfdən isə insanların dini inancına və etiqadlarına necə sərt fomada müdaxilə edilməsinin şahidi oluruq.

Beləliklə,məktəb direktoru Nərxanım müəllimə məlumat verir ki, İmamzadə yolunda,həmçini Şəmkir rayonunda olan Hasantəpə qəbristanlığında Aşura mərasimi qeyd olunacaq.Həmən dini mərasimə məktəbli uşaqlarının ora qəti olaraq buraxılmaması göstərişini verir.Direktor bunu belə izah etməyə çalışır ki, İranın ölkəmizdə işğtişaş və dini təfriqə yaratmaq təhlükəsi olduğu üçün uşaqlar ora buraxılmır.Əlbəttə çox gülünc məntiqdir.Necə yəni?!

Belə çıxır ki,Şəmkirdə olan İran agenturası iğtişaşı böyüklərlə yox,məhz azyaşlı uşaqlarla yaradırlar? Məktəb direktoru biraz da irəli gedərək danışıb lap gül vurur.Guya DTX-nın və rayon polis şöbəsinin əməkdaşları mərasim yerində olub hər kəsə ,xüsusən məktəb uşaqlarına ciddi nəzarət edəcəklər və ora buraxılmayacaqlar.Halbuki,əslində ölkəmizdə dini mərasimlərdə uşaqların iştirak etməməsi barədə rəsmi qadağa və ya tapşırıq yoxdur.Əgər elədirsə, bəs adi məktəb direktoru bu “tapşırığı” kimdən alıb?

Şəmkir RİH-nin başçısı R.Tağıyevdənmi,yoxsa RTŞ-nın sektor müdiri Q.Əliyevdənmi? Çox maraqlıdır?

P.S.Məlumat üçün onu da qeyd edək ki,Nərxanım İsrafilova İkinci Dünya müharibəsi ərəfəsində podpolkovnik rütbəsində Polşa silahlı qüvvələri 11-ci süvari alaynda xidmət keçmiş İsrafilbəy İstafilovun qardaşı nəvəsidir.İkinci Dünya Müharibəsi Sovet Ordusunun qələbəsilə bitəndən sonra Amerikalılar azərbaycanlı zabiti SSRİ-yə qaytarıblar.İsrafil bəyi Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin tribunalında mühakimə ediblər. O, nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanınını özünə vətən saymadığından, ittiham olunduğu “vətənə xəyanət” maddəsi ilə ittiham olunub. İsrafil bəy 1945-il iyulun 11-də Bakıda güllələnib.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.Turantv.az

Bizimlə əlaqə saxlayın