10 
avq
2022
12:33
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Almaniyada xoruzu məhkəməyə verdilər

10 avq, 2022
12:33
961

Almaniyada xoruz çox banladığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

Şimali Reyn-Vestfaliya əyalətinin Bad Zalsuflen şəhərində yaşayan Fridrix Vilhelm və həyat yoldaşı Cutta, qonşuları Mayklın xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildiriblər. Bu, qonşulara “işgəncə” kimi görünüb və onlar xoruzdan məhkəməyə şikayət ediblər.

76 yaşlı cütlük Maqda adlı xoruzun evdən çıxarılmasını istədiklərini bildiriblər. Yaşlı cütlük məhkəməyə sübut təqdim etmək üçün xoruzun hər banlamasını qeydə alıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın