11 
avq
2022
11:09
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

11 avq, 2022
11:09
9469

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbçilərimizə qarşı törətdiyi terror-təxribatına cavab olaraq keçirilən “Qisas” əməliyyatı zamanı xəsarət alan erməni əsgərlərinin vəziyyəti açıqlanıb.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri (üz, bud, döş qəfəsi və s.) alan 19 hərbi qulluqçudan yeddisinin vəziyyəti qənaətbəxş, birinin orta ağır, digərinin isə stabildir.
 
Qeyd edək ki, avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Bizimlə əlaqə saxlayın