11 
avq
2022
13:39
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşəcək

11 avq, 2022
13:39
971

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir.
 
Turkdunyasi.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, normallaşma prosesi çərçivəsində Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüş keçiriləcək.
Sayca beşinci danışıqlar sentyabr ayında baş tutacaq.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar bu il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər.

Bizimlə əlaqə saxlayın