13 
avq
2022
15:15
45

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adları açıqlandı - SİYAHI

13 avq, 2022
15:15
945

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adlarını açıqlayıb.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısıMəhsulun əmtəə nişanıMəhsulun istehsal tarixiQablaşdırmanın həcmi
1“Şüvəlan şirniyyat” ASC“Qidam” ağ qənd01.03.2021700 q
“Abşeron” ağ qənd19.11.2021600 q
“Bol” ağ qənd27.01.2022700 q
“Yek dad” ağ qənd21.02.2022700 q
“Bolqənd” xırda qənd10.11.2021150 q
“Yek dad” xırda qənd16.08.2021150 q
“Yek dad sweet as honey” qənd01.11.2021700 q
“Yek dad sweet as honey” qənd02.03.20221700 q
“Bol qənd” kəllə qənd21.02.2022700 q
“Abşeron qənd”
kəllə qənd
21.02.2022100 q
2“Bolluq” MMC“Bolluq” ağ qənd23.12.2021500 q
“Bəyaz” ağ qənd10.03.2022600 q
3f/ş Nadirov Tofiq Həmid oğlu“Əsl tam”
əla növ kəllə qənd
01.02.2022700 q
4f/ş Kərimov Əfqan Bəhriş oğlu“Dişləmə” kəllə qənd24.12.2021700 q
17.06.2022
09.02.2022500 q
18.06.2022
5“Aysu Qida Sənaye LTD” MMC“Umelaya xozyayka” qənd13.01.2022500 q
6“ŞAM-Fİ İnternational Trading Company” MMC“Bizim aşçı” ağ qənd21.02.2022750 q
7“Əmin qida sənaye” MMC“İlğım” ağ qənd01.06.2021800 q
8f/ş Qəmbərov Rauf Rəfi oğlu“Kral” kəllə qənd20.02.20225 kq
9f/ş Rəhmanov Pənah Güləhməd oğlu“Şipşirin” qənd09.03.2022700 q
10f/ş Novruzov Əbdulla Əmir oğlu“Skazoçnaya tayqa” qənd21.08.20215 kq
11f/ş Babayev Nazim Səyyaf oğlu“Əla keyfiyyətli” kəllə qənd02.03.2022150 q
12f/ş Bayramov T.“Göyçə” qənd08.02.2021150 q
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

Bizimlə əlaqə saxlayın