13 
avq
2022
20:34
121

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda 1-ci Qarabağ müharibəsində şəhid olan Sadiq Süleymanovun doğum günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub

13 avq, 2022
20:34
9121

İsmayıllıda 1-ci Qarabağ müharibəsində şəhid olan Sadiq Süleymanovun doğum günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub

Turkdunyasi.az xəbər verir ki, Mərasim iştirakçıları əvvəlcə Sulut kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri  iştirak edib.

Mərasimdə çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb, onun göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bulağın inşasında əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

 Şəhidin ailəsi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşasında əməyi keçən şəxslərə təşəkkür ediblər.

Şimal Region TV

Bizimlə əlaqə saxlayın