14 
avq
2022
16:16
159

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda təbiəti korlayan, insanlara cəhənnəm yaşadan zavod.

14 avq, 2022
16:16
9159

İsmayıllıda təbiəti korlayan,insanlara cəhənnəm yaşadan zavod.

Turkdunyasi.az xəbər verir ki, İsmayıllı rayonu Xanəgah kənd sakinləri saytımıza müraciət edərək kömək istəyirlər.
Adlarının çəkilməsini istəməyən Xanəgah kənd sakinləri qeyd edirlər ki, kəndin lap yaxınlığında meşənin içərisində İsmayıllı rayon yol idarəsinin balansında olan asfalt zavodu fəaliyyət göstərir. Bu zavod demək olar ki, hər gün işləyir və havaya qara zəhərli tüstü buraxır. Biz kəntdə evlərimizdə bu zəhərli tüstünü ciyərlərimizə çəkmək məcburiyyətində qalmışıq.
Dəfələrlə 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə müraciət etmişik. Ekologiya idarəsi yalandan deyir ki, güya zavod havaya normaya uyğun qaz buraxır. Ancaq bütün bunlar yalandır. Görünən dağa nə bələtçi elə əsl bələtçi geniş maliyyə imkanlarına malik Rəşad Kərimovun özüdür. Asfalt zavodun borusundan çıxan tüstü 6 saylı Ekologiya idarəsinin ağ yalan danışdığını sübut edir.
Dəfələrlə rayon icra hakimiyyətinə müraciət edərək zavodun ona ayrılmış yerə, Girdiman çayının sahilinə köçürülməsini xahiş və tələb etmişik. Çox təəssüf ki, bizə kömək edən məmur, dövlət qurumu yoxdur.
Sizdən xahiş edirik ki, bizim bu problemimizi saytınız vasitəsilə ictimaiyyətə təqdim edəsiniz. Bəlkə rəsmi qurumlar insafa gəlib problemi həll edələr.

İsmayıllı -Xanəgah

Həmin zavodun Videosunu təqdim edirik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın