18 
avq
2022
14:47
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan Ukraynada səfərdədir - YENİLƏNİB

18 avq, 2022
14:47
1281

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.
 
Modern.az xəbər verir ki, dövlət başçısı bir qədər əvvəl Lvov şəhərinə çatıb. 
 
Ərdoğan səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə görüş keçirəcək. 
 
***
 
10:11
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayır.
 
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ankaradakı Esenboğa hava limanından yola düşüb.
 
Türkiyə Prezidentini geniştərkibli nümayəndə heyəti müşayiət edir.
 
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı son durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
 
Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

Bizimlə əlaqə saxlayın