19 
avq
2022
22:40
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SON DƏQİQƏ! Kamaləddin Heydərov İSTEFA ƏRİZƏSİNİ YAZDI

19 avq, 2022
22:40
1263

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov istefa ərizəsini yazıb. Bu barədə hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.



Turkdunyasi.az-ın məlumatına görə, xəbəri verən qaynaq iddia edir ki, FHN rəhbərinin istefa ərizəsi artıq Prezident Administrasiyasının katibliyinə təqdim olunub.
Xatırladaq ki, bir neçə gündür FHN-nin yüksək çinli əməkdaşlarının intim videolarının fonunda bir qalmaqal müşahidə olunur ki, bu əsnada FHN şefi Kəmaləddin Heydərov də ictimai hədəfə çevrilib.
Ekspertlər bu videoların məhz Kəmaləddin Heydərovun yola salınması üçün tədarük olunduğunu da qeyd edirdilər.
Onu da xatırladaq ki, bir neçə gün əvvəl Fövqəladə Hallah Nazirinin PA-ya çağrıldığı, məsələ ilə bağlı izahatının alındığı haqda da yerli KİV-də informasiyalar yayılmışdı.
Kəmaləddin Heydərovun istefasına hansı reaksiyanın veriləcəyi isə zaman işidir…
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin… (DİA.AZ)

Bizimlə əlaqə saxlayın