20 
avq
2022
02:56
152

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağdaşda Yol polisi sürücüdən rüşvəti belə aldı - VİDEO

20 avq, 2022
02:56
12152

Turkdunyasi.az xəbər verir ki, YPX-əməkdaşları rüşvətxorluğa rəvac verməkdə hələdə davam edir. 
Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını və ələlxususda qanun işçilərini korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan elə qanun işçilərinin özləridir. Yəni qanunun keşiyində duran öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir. Belə ki, 19.08.2022 ci il tarixdə Ağdaş rayon ərazisində xidməti vəzifə daşıyan YPX-əməkdaşının əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı, və bizdə sual doğurdu. Belə ki, qanunun keşiyində, dayanıb nizam-intizam yaratmaq əvəzinə qanunu pozaraq "Ot yükü daşıyan Kamaz" sürücüsündən açıq-aşkar şəkildə 99 YP 803 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin rüşvət alması lentə alınıb. Bəs görəsən yollarda yığılan bu çirkli pullar kimin və ya, kimlərin cibinə gedir? YPX əməkdaşlarına dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz məmurlar aldıqları əmək haqqı ilə kifayətlənməyib, öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər. Heç kimə sirr deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev karrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ordaya qətiyyətli iradə qoyub və əlbəttə ki, bu iradədən kanara çıxan hər bir kəs tutduğu qulluq mövqeyindən aslı olmayaraq sərt şəkildə cəzalandırılır. Təəssüflər olsun ki, bugün də prezident İlham Əliyevin iradəsinə qarşı çıxan qanunları heçə sayb, qanunlara meydan oxuyan YPX əməkdaşlarına rast gəlinir. Qanunvericiliyə əsasən yol polisi sürücüyə yaxinlaşıb özünü təqdim etməlidir. Lakin kadırlardan da, aydın görünür ki, 99 YP 803 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən YPX əməkdaşı hec avtomobildə düşmür, "Kamaz" markalı yük avtomobilinin sürücüsü özü YPX avtomobilinə yaxınlaşaraq qanunsuz yəni normadan artıq yığdığı ot yükünə gürə YPX əməkdaşına rüşvət verərək yoluna davam edir. Bu hal açıq-aşkar ölkə başçısının ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı amansız mübarizəni heçə sayıb, prezident İlham Əliyevin qətiyyətli iradəsinə məhəl qomamaqdan başqa bir şey deyil.
Ümid edirik ki, təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və cənab general yollarda mədəni "DİLƏNÇİ" liklə məşğul olan, eyni zamanda ölkə rəhbərinin iradəsinə qarşı çıxan YPX əməkdaşını sərt şəkildə cəzalandıracaq. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın