E-mail: [email protected]
Bərdə meşə təsərrüfatı dövlətə belə kələk gəlir_Video+Foto fakt
Azerinfo.az xəbər informasiya agentliyinə Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində olan özbaşınalıqlar barədə çoxsaylı daxil olan şikayətlərdən sonra, əməkdaşlarımız Mərkəzin Xidməti ərazilərinə araşdırma məqsədilə baxış keçirdib.
Keçirilmiş baxış zaman sözügedən ərazilərin müxtəlif dolaylarında dövriyyə olan əkinlərin baxımsızlıqdan faktiki olmaması və ya bitişik faizinin normadan çox aşağı olması, sözügedən əkinlərin yerində yonca və s. bitkilərin yetişdirilməsini aşkar ediblər.
Olmayan əkinlərin cüzi bir hissəsi 15.00, 10.00 və 5.00 ha.
Ərazinin koordinatları:
X-693065, Y-4489118.
X-692599, Y-4490172.
X-691930, Y-4490116.
Hətta baxımsızlıqdan bəzi əkin yerlərini alaq otları basıb.
Hər ay sözügedən əkinlərə saxta nayradlar yazıb dövlət büdcəsindən pullar silirlər.
Görünür bu cinayətkar dəstə bir güllə ilə iki dovşan vurmaq istəyir- Həmin olmayana əkinlərə pullar yazıb silirlər, ikincisi isə həmin əkin yerlərini biçənək, yonca, bostan və s.yerləri kimi ayrı-ayrı sahibkar və vətəndaşlara satırlar.
Yalandan 100 hektarlarla olmayan əkinləri və təbii bərpaları örtülü meşə sahəsinə keçiirdiblər.
Dəfələrlə sözügedən qanunsuzluqları araşdırmaq məqsədilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Tofiq müəllimlə əlaqə saxlamağa çalışsaq da, amma çox təəssüflər olsun o, bizə bildirdi ki, mən heç bir açıqlama verə bilmərəm. Əgər hər hansı bir açıqlama istəyirsinizsə o zaman Nazirliyimizin mətbuat şöbəsi var, odur ki, orailə əlaqə saxlayın.
Biz də dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin katibi Iradə xanımla əlaqə saxlamaq çalışsaq da, amma çox təəssüflər olsun ki, o, bizə bildirmişdi, məzuniyyətdəyəm, gah deyir, bülletendəyəm və s. müxtəlif bəhanələrlə cavab verməkdən yayınır.
Görünür bu işin başında duranlardan da biri Iradə xanımın özüdür.
P.S. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları bu qanunsuzluqları üzə çıxartmaq əvəzinə, biz mətbuat işçiləri çıxardırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
PAYLAŞ: