22 
avq
2022
22:40
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biznesmen Deputat Məşhur Məmmədov Media Sahəsinə Inteqrasiya Edib – “Lal” Deputat Saytlarında Özünü Reklam Etdirir

22 avq, 2022
22:40
1267

Masallıdan deputat olan Məşhur Məmmədov özünə xəbər saytı açıb. Seçildiyi müddət ərzində Milli Məcilisdə bir dəfə də olsun ağzın açıb çıxış etməyən deputat, sayt açdırıb, maliyyə buraxır, özündən təriflər yazdırır. Özünü cəmiyyətə siyasətçi kimi sıramaq istəyən Millət Vəkili, ölkə də və dünya da baş verən hadisələrə pulu ilə yazılar yazdırıb,siyasi şərh verir. Bununla da Məşhur Məmmədov deputat kimi öz işini bitmiş sayır.

Görünür ki, Məşhur Məmmədov bu saytı açmaq da məqsədi, həm özünü, həm də öz biznes şəbəkəsini qorumaq istəyir. Deputatın bu hərəkəti sosial şəbəkə istifadəçilərin narazılığına səbəb olub.Ona görə ki, Deputat xəbər saytı işlədincə öz seçicilərindən olan Şəhid ailələrinin, Qarabağ Qazilərinin problemlərinin həlli üçün Milli Məcilis də çıxışlar etsə daha məqsədə uyğun olar.

Həmkar etikasına görə, həmin xəbər saytın adını yazmırıq.

Xəbəral.az-a daxil olan məlumata görə, Məşhur Məmmədov sosial şəbəkələr də bir çox trol dəstəsi maliyyələşdirir. Deputat haqqında tənqidi nəisə paylaşan kimi, təhqir dolu rəylər yazılıb, hədələr kəsilir.

Bizə elə gəlir ki, bu cür lazımsız işlər Millət Vəkilini hörmətdən salır.

Xatırladaq ki, Millət Vəkili Məşhur Məmmədov mətbuata daha çox biznes siyahısı ilə gündəmə gəlmişdi.Son vaxtlar mülk bölüşdürmək uğurunda öz qohumları ilə böyük söz-söhbəti olmuşdur. Bunu da mediadan gizlədə bilməmişdir.

Sözügedən biznes siyahısını sizlərə təqdim edirik:

Belə ki,1996-cı ildə qurulmuş Embawood şirkəti artıq öz sərhədlərini xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.
Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.
Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb.
Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil.
Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin dalından nazir, komitə sədri, millət vəkili çıxır.
Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Təkcə bir faktı qeyd edək ki, cənab deputat Məşhur Məmmədov özünə Nyu-Yorkda neçə milyonluq villa alması sıradan bir hadisə deyil.
Deputatın ilk kapitalı çirkli yolla İrandan gəlib.
Təsəvvür edin ki, “Embawood” şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçir.

Məşhur Məmmədov görəsən bu milyonları haradan tapıb?

Nəzərinizə çatdıraq ki, Masallının biznesmen-deputatı, məşhur “Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.

Xəbəral.az-ın Masallıdan olan mənbədən aldığı məlumata görə, deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır

İş adamı, deputat Məşhur Məmmədov şəriki ilə “BOKT Embafinans”dakı payının bir hissəsini satıb

“Bank olmayan kredit təşkilatının Embafinans” QSC-in səhmdarları Elşad Abbasov (60% idi) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar satıb.

Xəbəral.az xəbər verir ki, Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payl 51%-ə və Məşhur Məmmədov isə 35%-ə düşüb.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Bizimlə əlaqə saxlayın