E-mail: [email protected]
Ölkədə un qıtlığı yaşanır? - VİDEO
Bir neçə gün əvvəl ölkədə unun qiyməti bir qədər qalxdı. Məhz bundan sonra sosial şəbəkələrdə un qıtlığı ilə bağlı görüntülər yayıldı. Videolarda insanların un növbəsinə dayandıqları görünürdü.
Baku TV məsələyə aydınlıq gətirmək məqsədilə unun topdansatış məntəqələrindən birində olub. Məlum olub ki, bir neçə gündür, ölkə ərazisindəki topdansatış məntəqələrində qıtlıq müşahidə olunur.
Satıcılar deyirlər ki, bu qıtlıq qiymət artımından sonra deyil, son 10-15 gün ərzində yaranıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən un satışı mərkəzləri və məntəqələrində gündəlik olaraq monitorinqlər aparılır. Monitorinqlərin həyata keçirildiyi un satışı mərkəzlərində un qıtlığı müşahidə edilməyib.
Əlavə olaraq qeyd edilir ki, qiymət manipulyasiyalarına yol verilməməsi üçün Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.
Ətraflı süjeti təqdim edirik: