E-mail: [email protected]
Bərdə Regional Meşə Təsərrüfatında özbaşınalıq_Foto+Video fakt
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində olan saxtakarlıq və özbaşınalıqların say-hesabı yoxdur. Çünki bu Mərkəzi idarə edən dırnaq arası ekoloq və meşəçilər oranı biyabır vəziyyətə qoyublar.
Belə ki, sözügedən Mərkəzin Xidməti ərazisində olan (Ağdaş rayonun Ağzıbır kəndi yaxınlığında) 2.5 ha ərazidə əkilmiş nar bağı baxımsızlıqdan batmış və həmin əkinin yeri mal-qara örüşünə çevrilmişdir.
Hətta ərazidə çəkilmiş fotoşəkillər bunu deməyə tam əsas verir.
Sözügedən Mərkəzin direktoru Qalıb Həsənov "krışa"sı olan Meşələrin Inkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Tofiqlə birləşərək batmış əkinləri yalandan dövriyyədəki kimi qeydə alıb dövlət büdcəsindən hər ay külli miqdarda pullar silirlər. Amma faktiki dövriyyədə (sənət üzərində) olan əkinlərin 60%-dən çoxu yoxdur (batıb).
Hələ bu azmış kimi dövlət meşə fondu ərazilərin vətəndaş və sahibkarlara yonca, bostan və örüş yeri kimi də satırlar. Deyilənə görə hər hektarı 400 azn.
Əməkdaşlarımız Ağdaş rayonun Kotovan kəndi ərazisiylə həmsərhəd olan dövlət meşə fondunda 0.21 ha ərazidə əkilmiş qarğıdalı, pomidor və bostan bitkilərin lentə alıblar.
Bundan əlavə sözü gedən əkin sahəsinin yanında (dövlət meşə fondunda) 0.80 ha yaxın ərazidə yonca sahəsi də aşkar ediblər.
Görünür 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları işlərinin başında deil və onlar aşkar etməli olan nöqsan və qanunsuzluqları biz jurnalistlər aşkar edib ortaya çıxardırıq.
Sözügedən ərazilərin koordinatları:
X-706294, Y-4474061.
X-704648, Y-4474507.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.