26 
avq
2022
13:20
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncə Avtomobil Nəqliyyatı İdarəsi əməkdaşları rüşvətxorluğa rəvac verirlər.

26 avq, 2022
13:20
1291

Turkdunyasi.az "Kanal1.az" istinadən xəbər verir ki, Gəncə Avtomobil Nəqliyyat idarəsinin əməkdaşı rüşvətxorluğa rəvac verir. 

Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını və ələlxususda qanun işçilərini korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan elə qanun işçilərinin özləridir. Yəni qanunun keşiyində duran öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir. Belə ki, Gəncə şəhərində xidməti vəzifə daşıyan Gəncə Avtomobil Nəqliyyatı İdarəsi əməkdaşının əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı, və bizdə sual doğurdu. Belə ki, qanunun keşiyində, dayanıb nizam-intizam yaratmaq əvəzinə qanunu pozaraq "GANİ"-nın əməkdaşının 20-AE-629 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində ələşərək 99-RG-061 dövlət qeydiyyat nişanlı "Qazel markalı" avtomobilin sürücüsündə yanında ələşdirməsi lentə alınıb. Lakin qanunvericiliyə əsasən sürücü yox ANİ-nin əməkdaşı sürücüyə yaxınlaşmalıdır. Mənbə onuda qeyd edir ki, GANİ-nin əməkdaşları yük maşınlarından rüşvət almaqla məşğuldurlar. Bəs görəsən GANİ-nin əməkdaşı tərəfindən yollardan yığılan bu çirkli pullar kimin və ya, kimlərin cibinə gedir? "GANİ"-nin əməkdaşlarına dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz məmurlar aldıqları əmək haqqı ilə kifayətlənməyib, öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər. Heç kimə sirr deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev karrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ordaya qətiyyətli iradə qoyub. Əlbəttə ki, bu iradədən kanara çıxan hər bir kəs tutduğu qulluq mövqeyindən aslı olmayaraq sərt şəkildə cəzalandırılır. Təəssüflər olsun ki, bugün də prezident İlham Əliyevin iradəsinə qarşı çıxan qanunları heçə sayb, qanunlara meydan oxuyan "GANİ"-nin əməkdaşlarına rast gəlinir. Bu hal açıq-aşkar ölkə başçısının ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı amansız mübarizəni heçə sayıb, prezident İlham Əliyevin qətiyyətli iradəsinə məhəl qomamaqdan başqa bir şey deyil.
Ümid edirik ki, təqdim etdiyimiz bu faktlaradan sonra aidiyyəti qurum yollarda mədəni "DİLƏNÇİ" liklə məşğul olan, eyni zamanda ölkə rəhbərinin iradəsinə qarşı çıxan GANİ-nin əməkdaşını sərt şəkildə cəzalandıracaq. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın