E-mail: [email protected]
Mehriban Əliyevadan doğum gününü təbrik edənlərə təşəkkür mesajı - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar ona ünvananlanan təbriklərə görə təşəkkür edib.
Mehriban Əliyeva bununla bağlı öz rəsmi “Instagram” hesabından paylaşım edib.
Sözügedən paylaşımı təqdim edirik:
“Hörmətli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Ad günüm münasibətilə təbriklərinizə görə sizə təşəkkür edirəm. Səmimi, xoş arzularınıza görə çox sağ olun! Sizin sevginizi, etimadınızı, dəstəyinizi və qayğınızı hiss etdikcə bir daha anlayıram – Ləyaqətli xalqımızın nümayəndəsi olmaq böyük xoşbəxtlikdir!
Vətənimiz və hər bir Azərbaycan vətəndaşı üçün dua edirəm.
Uca Allah Azərbaycanı bəd nəzərdən, bütün bəla və müharibələrdən qorusun!
Hər kəsə möhkəm cansağlığı və uzun ömür bəxş etsin!
Bütün xəstələrə şəfa versin, onları ağrı-acılardan qurtarsın!
Allah bütün böyükləri, valideynləri qorusun, bütün Atalara və Analara uzun ömür nəsib etsin!
Qoy övladlarımız sağlam və xoşbəxt olsun!
Uca Tanrı Vətənimizin keşiyində dayanan hər bir əsgər və zabitimizi, bütün mərd oğul və qardaşlarımızı qorusun! Bütün şəhidlərimizə rəhmət, onların doğmalarına səbir diləyirəm!
Allah Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, güc və səbir versin! Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!
Uca Allah, səhvlərimizi bağışla, mərhəmətini bizdən əsirgəmə, ölkəmizə sülh və əmin-amanlıq bəxş et! Hər kəsi doğru yola – sevgi və xeyirxahlıq yoluna yönəlt!
Sevgilərlə,
Sizin MEHRİBAN”.