28 
avq
2022
11:09
60
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
TÜRKPA Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat yayıb
28 avq, 2022
11:09
9760
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat yayıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə TÜRKPA-dan Oxu.Az-a bildirilib ki, Assambleyanın Katibliyi 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edir.
TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır.