sen
2022
00:28
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

DÖVLƏT MEŞƏ FONDUNA KİMLƏR ƏN ÇOX ZİYAN VURDU: - XALIQVERDİNİN DƏSTƏSİ, YOXSA LAÇINI TƏRK EDƏN ERMƏNİLƏR?

2 sen, 2022
00:28
1294

"ARXALI KÖPƏKLƏRİN QURD BASMASINI GÖRMÜŞDÜK, AMMA ŞABALID MEŞƏSİNİ SATIB  VARLANMASINI YOX"-

Avqustun 8-də saytımızda dərc edilən "XALIQVERDİ HÜSEYNOV MEŞƏLƏRİMİZİ "QORUMAĞIN" YOLUNU TAPIB" başlıqlı araşdırma yazımız ictimailəşdikdən sonra Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən və verməkdə davam edən çoxsaylı ekoloji cinayətlərdən bəhs edilən hallar azalmaq əvəzinə son günlər dah da intensivləşmişdir. Araşdırmalarımızda göstərilən konkret faktlara hüquqi qiymət verilməsi üçün respublikanın aidiyyatı üzrə direktiv orqanlarına və ETSN rəhbərliyinə göndərilsə də aradan keçən 22 gün ərzində yalnız Baş Prokurorluqdan formal rəsmi cavab almışıq ki, "Müraciətiniz aidyyatı üzrə göndərilmişdir". Düzdür, Azərbaycanın müxtəlif regionlarında "yaşıl soyqrım"la bağlı cinayətlərin əsas fiqurantının ETSN-nin Meşələrin Inkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynov olduğu bildirilir. Xalıqverdi isə öz keyfindədir. O birbaşa məsuliyyət daşıdığı və barəsində müxtəlif regionlarda baş verən ekoloji cinayətlər barəsində yazılan araşdırma yazılarının heç birinə kiçik də olsa reaksiya vermir. Eləcə də nazir və müavini Firdövsi Əliyev cənabları. Sanki təbii sərvətlərimizə qarşı yönələn terror belə də davam etməli imiş. 
 Son iki ildə təkcə ekologiya sahəsindən bəhs edən onlarla araşdırma yazılarımıza formal da olsa cavab verməyi özünə sığışdırmayan ETSN rəhbərliyindən fərqli olaraq Qəbələ Regional Meşə Təsərrüfatı müdiri Ramin Nəsibov arxalandığı mafioz qüvvələrə güvənərək Oğuz rayonun Muxas meşəsi ərazisində olarkən ağzını köndələn qoyaraq bir neçə nəfərin yanında bildirmişdir ki, " Biz bilirik ki, bunları əslən Şəkidən olan birisi yazır. Qoy yazsın. Onun barəsində də tezliklə tədbirlər görülər" 
    Bəli, hər həftə sonu Qəbələ şəhərində oteldə Xalıqverdinin qulluğunda duran dünənin "kələmsatan" birisinin bizim barəmizdə dediklərində həqiqət var. Çünki bu adam ETSN-yi səviyyəsində fəaliyyət göstərən korrupsiyalaşmış mütəşəkkil dəstənin sadəcə olaraq kiçik bir üzvü kimi ona verilən səlahiyyətdən süi-istifadə edərək Ağsudan Oğuzadək Azərbaycanın ən gözəl və füsunkar meşə massivlərini sanitar qırıntı adı altında məhv etdirərək odunu odun, işlik materialı da parket sexlərinə rahatca "sənədləşdirərək" satmaqla gündəlik qazandıqları 10-11 min manat xalis gəlirləri yuxarı ötürməklə vəzifə funksiyalarını "layiqincə və şərəflə" yerinə yetirdiklərini güman edirlər. Baş Prokurorluğun bu regionda meşələrin kütləvi qırılması ilə bağlı bizim verdiyimiz məlumatlar isə Oğuz və Qəbələ Prokuroluğunun dəftərxanasına çatmamış zibil qutusuna atılır. Vəsəlam. Dəyirman öz işindədir. Biz isə mətbu orqan olaraq öz peşə borcumuzu axıradək yerinə yetirməkdə israrlıyıq.
 
Görəsən, 65 yaşlı dövlət məmuru Xalıqverdi meşələrimizdəki cavan və sağlam meşə cinsli ağacların "sanitar qırıntı" adı altında  kütləvi kəsilərək satılmasından əldə etdiyi milyonları necə və hara  xərcələyəcək? 

         BƏS, ƏLAHƏZRƏT FAKTLAR BU GÜN NƏ DEYİR?
ETSN funksioneri Xalıqverdinin Qəbələ regionundakı nümayəndəsi R.Nəsibov taksi sürücüsü kimi aylıq "PLAN"ı yerinə yetirmək üçün əvvəlcə Ağdaşdan tanıdığı Taleh adlı birisini təcili olaraq  Qəbələ Regional Meşə Təsərrüfatında əməyin mühafizəsi üzrə müfəttiş vəzifəsinə təyin etdirib və təzə xidməti NİVA markalı avtomobillə təmin edərək regionda fəaliyyət göstərən sexlərdən aylıq yığmağa və "qırıntı zonalarından" saxta sənədləşmələrlə meşələrdən ardıcıl daşınan işlik materialların hər yük avtomobili üçün 500-800 manatdan hesablayaraq pulları yığmaqla məşğuldur. Yəni Talehi idarə işçiləri  əməyin mühafizəsi müfəttişi kimi yox, cənab Ramin Nəsibovun "pulyığanı" kimi tanıyırlar və qəbul edir, hesablaşırlar. Qeyd etmək yerinə düşər ki, Taleh əməyin mühafizəsi sahəsində 1 günlük də olsa iş stajı yoxdur və hər üç aydan bir işçilərə təlimat keçib xüsusi jurnalda imzalatmır. Yəni öz əsas vəzifəsini icra etmir. Məsələn, meşə sahə rəislərinə əvvəlcə icazə verilir ki, ərazisində olan ən sağlam və işlik material olan hektarlarla ərazi sənəddə qırıntı zonası kimi göstərilir( guya ağaclar quruyub və ya xəstədirlər) və ağacların kəsilərək satılmasına şərait yaradılır. Əvəzində hər ha  meşə ərazisi üçün məbləğ yığılır.( hər ha-a ən azı 10000 manat tass qoyulur) Ona görə də sahə rəislərinin heç biri bu gün region müdiri olan R.Nəsibovun xidməti tapşırıqlarını saymır və eşitmək istəmirlər. O dəqiqə üzünə vururlar ki, "Nə deyirsən ə, pulumuzu verib ağac kəsmişik də." Mənbəmizin verdiyi digər məlumatda bildirlir ki, meşə sahə rəislərinin heç birisi aylıq hesabatları özləri əlyazma formasında yazıb idarəyə təhvil verə bilmirlər. Çünki savadları çatmır. Onların əvəzinə bu hesabatlar  Qəbələ Regional Meşə Təsərrüfatı müdiri Ramin Nəsibov  işçisi hesab edilən Elşad Qafarov və baş mühasibdir. Onlar da pul qarşılığında öz dəst xəttlərilə belə hesabatları yazıb təhvil verirlər. Kim istəsə həmin hesabat sənədlərilə idarədə tanış olub əmin ola bilərlər. 
                DİGƏR FAKTLARI SADALAYAQ:
                   
1. Qəbələ rayonun Həmzəli meşəsində hazırda ən çox fıstıq cinsli ağaclar məslən 300 kub m. həcmdə seqvestr  olmaqla saxta sənədləşmə ilə damqalanaraq cəmi 2 nəfər fiziki şəxsə satılmışdır. Çünki Xalıqverdinin 5 avqust 2022-ci ildə keçirdiyi hərracda bu qədər həcmdə işlik materialın 2 nəfərə satılması qanunsuz hesab olunur. 

2. Qəbələ rayonun Yenikənd meşəbəyliyində konkret olaraq 10 və 11 saylı meşə dolaylarında  kütləvi olaraq meşələrin  qırılması hazırda da davam edir. Həmin meşəbəyliyin 5 saylı dolayında olan və 40-80 yaşlı şabalıd bağının isə bütün sağlam və cavan ağaclarını demək olar ki, hamısını qanunsuz kəsib damqalayblar və qiymətli işik material kimi sexlərə qanunsuz satıblar. Halbuki, ETSN tərəfindən qiymətli şabalıd ağaclarının ümimiyyətlə qurusunu belə sanitar qırıntı zonasına daxil etmir və kəsməsi qadağandır. 10 və 11 saylı meşə doaylarında isə əsasən sağlam qoz, qovaq və yalınqoz ağacları kütləvi kəsilərək satılır. 

3. Oğuz rayonunda Oğuz meşəbəyliyinin Xal-xal meşə dolayındakı Əzmənət meşəsi və Oğuzun özünün meşəsi son bir ildir ki, fasiləsiz olaraq ağaclar qırılıb. Lakin son 2 aydır ki, qanunsuz kəsinti bizə məlum olmayan səbəblərdən dayanıb. Lakin buna baxmayaraq meşədə külli- miqdarda qanunsuz damqalanma izləri vardır.
 
4.  Yenə də Oğuz meşəbəyliyinin Tayıflı meşəsində 37 ədəd iri diametrli qovaq ağacları qırma adı altında damqalayıblar. Bunun da işlik material kimi cəmi 17 kub m qeyd edilir. Cəmi hələlik 8 ədəd ağac kəsilərək 8 URAL markalı avtomobillə 7 gün əvvəl Qəbələ istiqamətində daşınmışdır. Qanunsuz kəsilməsi nəzərdə tutulan 29 ağac isə mütərinin sifarişi əsasında  öz ölüm hökmünü gözləməkdədirlər. Bu qovaq ağaclarını müştəinin sifarişinə uyğun olaraq meşə işçiləri meşədəcə motopila ilə düzbucaqlı formasında və uzunluğu 1.3  və 0.62 m olmaqla doğrayıb yola salıblar. Hazırlanmış materiallar bir və ya iki şəxsə satılır. Hələlik onların adlarını müəyyən etmək mümkün olmayıb.
 
5.  Oğuz rayonun Daşağıl meşəbəyliyinin Bucaq və Muxas meşə dolaylarında son ildə külli-miqdrada ağaclar qırılıb və qanunsuz olaraq damqalanıb. Bu vəhşiliyin qarşısının alınması üçünsə heç bir tədbr görülmür. Doğrudur, yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra ekologiya üzvləri meşə işçilərilə birlikdə gözdən pərdə asmaq üçün simvolik olaraq bir neçə 5-6 yüz manat məbləğində cərimə  aktları  tərtib ediblər. Vəssəlam.  Yerli ekoloji Təhlükəsizlik əməkdaşlarının verdiyi məlumata görə Xalqıverdi hakimiyyətə gəldikdən sonra Oğuz və Qəbələ ərazilərində ağacların kütləvi məhv edilməsi çox intensivləşib. Hələ tarixdə belə kəsinti baş verməmişdir. Bizdə müdaxilə edə bilmirik." Maraqlısı burasıdır ki, ETSN -nin Qəbələdə yerləşən Nəqliyyat Depertamentində qeydiyyatda olan yük avtomobilləri qanusuz olaraq Oğuzda kəsilən ağacların daşınması ilə məşğul olurlar. 


Bəli, faktlar çoxdur. Dünən Qəbələ rayonun ucqar dağ kəndindən redaksiyamıza adının çəkilməsini hələlik istəməyən bir Qarabağ qazısi bildirir ki,  bizim kəndimizdə təbii qaz xətti olsa da, qaz verilişində çoxlu fasilələr yaranır. Evdə balaca uşaqların üşüməməsi üçün gəlib  Qəbələ Regional Meşə Təsərrüfatı müdiri Ramin Nəsibovdan xahiş edirəm ki, biletlə mənə də bir maşın odun satsın. Cavab verir ki, yoxdur. Deyirəm bəs idarənin həyətinə yığdığın dağlar qədər çoxsaylı oduncaqlar nədir? Cavab verir ki, guya bu fiziki şxslərdən tutulan odunlardır, onları da sakinlərə sata bilmərik. 
    Bəli, Qarabağ qazisi canını, sağlamlığını Xalıqverdi Hüseynovun ana yurdu olan Ağdamın işğaldan azad olunması üçün itirdi ki, gəlib rahat şəkildə ailəsilə Oğuzun ucqar dağ kəndində yaşasın.  Lakin o gözləmirdi ki, ağdamlı Xalıqverdi onun meşələrini kütləvi şəkildə qırdırıb satdıracaq və milyonlara sahibi olacaq, amma ona pulu ilə bir maşın oduncaq verməyəcək. 
Elə bu gün mətbuatda yayılan digər məlumat da bir daha sübut edir ki, meşə ilə bağlı baş verən cinayətlərin arxasında ETSN -nin Meşələrin Inkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynov durur. Doğruxeber.az portalının verdiyi məlumatda bildirilir:
"Dövlət Meşə fondu torpaqları toxunulmaz olduğu halda, görəsən Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənov bu torpaqları nyə satır?"
Bərdə rayon Əyricə kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 40.00 ha sahədə pambıq, qarpız və s. bitkilərin əkildiyini aşkar ediblər.
Koordinatlar:         x-693586, y-4479827;
y-694220, y-4480058;
y-693479, y-4480143.
Görəsən Meşələrin İnkişafı Xidmətinin 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmri niyə Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində icra olunmayıb.
Yəni, qanunsuz əkin, biçənək və mal-qara fermaları aşkar olunub araşdırılmadı.
Aldığımız məlumata görə, bu işin başında duranlardan da biri Meşələrin Inkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynovdur.
Və deyilənə görə sözügedən Mərkəzdə hər hektarı dövlət meşə fondu sahibkar və vətəndaşlara 400 manata satılır.
Xahiş edirik Baş Prokurorluq bu işi nəzarətə götürüb araşdırma aparıb və yekun nəticə barəsində bizə məlumat versin."
Yəni, Bərdə regionunda bu təkcə br kənddə 40 ha meşə fondu torpağı belə qanunsuz istifadə edilir. Ümumilikdə isə belə yerlər 200 ha -dan artıqdır. 
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 
P.S. Belə nəticəyə gəlirik ki, ETSN-də oturan korrupsiyalaşmış mütəşəkkil dəstənin diqtəsi altında regionlarımızda çox amansız və qəddar formada həyata keçirilən meşəlrimizin ("müxtəlif "sənədləşmələr adı altında") qiymətli cinsdən olan sağlam ağaclarının  kütləvi məhv edilməsi və  törədilən irimqyaslı cinayətlərin əvəzində meşə sapı özümüzdən olan, daha dəqiq desək, meşələrimizi " mühafizə" edən dövlət qulluqçularının- simasız meşə quldurlarının əsassız varlanması dövlətimizə qarşı törədilən cinayət hesab olunmalı və tezliklə belə korrupsiyalaşmış dövlət məmurlarının əməlləri yerindəcə ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Təklifimiz də bundan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz faktların yerində araşdırılması üçün cənab nazir Muxtar Babayev  həmişə olduğu kimi bu dəfə də səmimiyyət göstərərək qeyd etdiyimiz meşə dolaylarında baş verməkdə olan kütləvi kəsintilərin qarşısının dərhal alınması üçün əməkdaşımızın da iştirakı ilə ETSN -nin monitorinq qrupunu bizim qeyd etdiyimiz, cinayət hadisələrinin baş verdiyi ərazilərə göndərəcək və araşdırmaların nəticəsində qanuni tədbirlər görəcəkdir.
 
İFADET.COM -un araşdırma qrupu

Bizimlə əlaqə saxlayın