E-mail: [email protected]
MEDİA-nın GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - ETİRAZ
DİA.AZ: - "Əslində MEDİA-nın videoçarxına nəzər salanda hər şey gün kimi ortaya çıxır. Özləri də bəyan edirlər ki, bu videoçarx jurnalistlər üçündür. Yəni jurnalisti maarifləndirirlər. Jurnalistə başa salırlar ki, nə necədir... Maləsəf bu faktdır..." DİA.AZ bildirir ki, bunu Medianın İnkişaf Agentliyinin yaydığı videoçarxa münasibət bildirən "Vertikal.Az" saytının rəhbəri Vüsal Hacıoğlu bildirib.
Daha sonra baş redaktor qeyd edir: "Mənim etirazım nəyədir? İlk olaraq reyestr məsələsinə. Hər halda bunun dünyada anoloqu yoxdur. Özləri əvvəl bildirirdilər ki, reyestrde qeydiyyat şərt deyil. İndi isə VACİB FAKTOR kimi qabardırlar. Hətta onların "əllərindən su içənlər" "kimin jurnalist olduğunu bundan sonra görəcəyik" kimi özündən müştəbeh açıqlamalrla Əhməd İsmayılovun MEDİA-nın müstəqil üzünü baltalamasına haqq qazandırmaqla məşğuldurlar.
Onlar başa düşmürlər ki, bu gün mayasına haram qatdıqları Azərbaycan mətbuatının eybəcərləşən simasının sabahkı qurbanları onların özləri də ola bilərlər. Kimsə sığortalanmayıb. Çünki cüzi də olsa vicdanı olan şəxs gec-tez yeni MEDİA qanunlarının hədəfinə çevriləcək.
MEDİA-nın son videoçarxına gəlincə isə, burada bir biabırçı mənzərə hakimdir ki, nədənsə hər kəsin nəzərindən yayındı.
Ola bilsin ki, Əhməd İsmayılov üçün videoçarxda təbliğ olunanlar yeni bir şeydir. Qınamırıq. Dənizçilikdən gələn Əhməd müəllim jurnalistikanın ibtidaisindən, təməl prinsiplərindən xəbərdar olmaya bilər. Ona görə da "jurnalistləri maarifləndiririk" deyib dövlətin pulunu havaya sovurmağa ehtiyac yoxdur.
Yaxşı bilirik ki, neynəmək istəyirsiniz. Zatən yanınızda olanların da bu təbliğata ehtiyacları yoxdur. Çünki onların jurnalistikadan anlayışları yoxdur. Olsaydı, peşə etikasına xəyanət edib bu despotik media qanunlarını belə görməmişliklə dəstəkləməzdilər..."