sen
2022
04:08
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

PREZİDENT MEŞƏ YANĞINLARI İLƏ BAĞLI ETSN-də SAXTAKARLARA QARŞI GENİŞ İSLAHATLARA BAŞLAYACAQ

6 sen, 2022
04:08
1290

Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) bildirilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.
   Yerli sakinlərdən aldığımız məlumatların isə FHN-nin yaydığı məlumatlardan kəskin fərqləndiyini görürürk. Belə ki, Zaqatalada yanğının qarşısı alınsa da, sentyabrın 4-ü axşama olan məlumata görə Yanğının əhatə dairəsi Oğusun Muxas meşəsindən şimal istiqamətinə əvvəl Calud və Daşağıl dağlı meşələrinə keçmiş və şimal hissədə yerləşən "Şahdağ parkı ərazisinə çatmışdır. Yanğın sahəsinin ərazisi təxminən 500 ha -a çatmışdır. Eləcə də Qəbələnin Tikanlı kəndi yaxınlığında başlanmış yanğın da Şahdağ Milli qoruğu ərazisini 3 gündür ki, əhatə etmiş və nəticədə 400 ha sahə hələlik yanmışdır. Yanğın davam edir.  Bu arada Oğuz rayonuna ezam edilmiş ETSN -nin nazir müavini Vüqar Kərimov və məxfi şöbənin rəisi Muxas meşəsindən başlanan yanğını kəndin yaxınlığından passiv bir tamaşaçı kimi  seyr etmişlər. Yanğının başlayan günü hadisənin baş vermə motivləri barədə məlumatlar verməyimizə baxmayaraq ETSN rəsmiləri Muxas meşəsində yanğının sönən ərazisinə çıxıb baxış keçirmək istəməmişlər. Bu da onu göstərir ki, ETSN rəsmilərinin hadisə yerinə gəlişi səmimi olmayıb, yalnız formal xarakter daşıyır. Və bu adamlar istəmirlər ki, yanan yerdə kəsilmiş minlərlə cavan ağac kötüklərinin izini görsünlər. Hər halda, hesab edirik ki, ərazidə yanğından əvvəl ağacların qırıntı zonasına qanunsuz daxil edilərək kütləvi məhv edilmiş minlərlə palıd, fıstıq, vələs ağaclarının kötükləri baş vermiş cinayətin üstünün ört- basdır edilməsi  üçün yanğının qəsdən törədilməsi əsas versiya kimi hüquq-mühafizə orqanları tərəfindən aparacaqları araşdırmaların sonunda qiymətləndiriləcəkdir. 

FHN-nin isə Oğuz və Qəbələdə yanğının qarşısının alınmasından dəm vurması həqiqətəuyğun deyil. Bir neçəgündən sonra yağan yağışların köməyilə yanğın söndürüldükdən sonra həmin FHN-yi işçiləri, ETSN-nin yerli idarələrilə gizli sövdələşərək yanğın baş vermiş ərazilərin miqyasını təxminən 100 dəfə kiçiltməklə ölkə ictimaiyyətinə rəsmi məlumatlar verəcəklər. Məlumata görə isə son iki gündə Oğuz və Qəbələdə yanan ərazinin əhatə dairəsi  5 dəfə genişlənib. FHN-nin 1 helikopteri isə gün ərzində, hər dəfə 2 ton su olmaqla formal olaraq səpib gedirlər, yanğına yaxın istirahət mərkəzlərinə yeyib-içməyə. Elə ona görə də yanğın dağlıq ərazilərdən aşağı enərək istirahət mərkəzlərinə yaxınlaşmaq üzrədir. 
İFADETV.COM-un araşdırma qrupu
P.S. ETSN-də təbii sərvətlərimiz hesab edilən meşə fondumuzun 2019-cu ildən başlayaraq kütləvi məhv edilməsinin qarşısının alınması üçün dövri mətbuatda yazılanlar təhlil edilir. Aldığımız məlumata görə yaxın zamanlarda dövlət başçısı tərəfindən ETSN-də aparılan yarıtmaz işlərin qarşısının alınması üçün geniş islahatlara start verəcəkdir.

Bizimlə əlaqə saxlayın