sen
2022
04:16
147

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlaxda “MERO” əməkdaşı vətəndaşdan rüşvət alıb – ŞOK İDDİA

6 sen, 2022
04:16
12147

Redaksiyamıza Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Göyçay rayonu Qaraməryəm kənd sakini 2-ci dərəcəli əlil Babayev Arzu Vidadi oğlu tərəfindən ünvanlanan şikayət əzizəsinin sürəti daxil olub.

Müraciət edən vətəndaş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanuni və ciddi tədbirlər görülməsini istəyir.
KanalS.az-a Babayev Arzu Vidadi oğlu tərəfindən daxil olan şikayət ərizəsini olduğu kimi oxucuların və müvafiq qurumların diqqətinə təqdim edirik:
“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin zabit əməkdaşı Pərviz Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən 380 manat pul alıb və vəzifə saxtakarlığı etmişdir.
Onun bu hərəkətləri cinayət tərkibi yaradır.
Belə ki, 50 CR 659 nömrli VAZ-21011 markalı avtomobili qeydiyyata aldırmaq üçün 02 avqust 2022-ci il tarixdə Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsində oldum. Qeydiyyat şöbəsinin əməkdaşı Pərviz Hacıyev avtomobili qeydiyyata aldırmaq üçün məndən 400 manat pul istədi. İstənilən pulun çox olmasını bildirdikdə Pərviz Hacıyev mənə bildirdi ki, avtomobilin mühərriki dəyişdirilib buna görə sənin heç bir arayışın sənədin yoxdur. Bəlkə də bu mühərrik cinayət yolu ilə əldə edilib?
Buna görə mən məcbur olub Pərviz Hacıyevə 380 manat pulu heç bir terminal ödənişi etmədən əlbə-əl verdim.
50 CR 659 nömrəli VAZ-21011 markalı avtomobil dayım oğlu Göyçay rayonu Bəğır kənd sakini Hacıyev İqrar Asif oğlunun adına 23 BN 474 nömrəsi ilə qeydiyyata alındı. Həmin avtomobili idarə etmək hüququm var.
Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin bu hərəkətləri cinayət əməlidir. Çünki, məndən istədiyi pulu almaq üçün özü mənə bildirdi ki, avtomobilin üzərindəki mühərrik dəyişdirilib hansı yolla əldə edilməsinə dair heç bir sənədi yoxdur. Polis zabitinin öz marağına görə cinayət əməli ilə məşğul olması ağır məsuliyyətdir. Pərviz Hacıyev hətta orada mənimlə kobud rəftar etdi. Pulu alandan sonra isə elə bil hər şey qanunların yox pulun başında idi.
Sizdən xahiş edirəm şikayət ərizəmi yerində mənim iştirakımla obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanunu və ciddi tədbirlər görəsiniz.”

Qarşı: tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Turkdunyasi.az
 

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın