sen
2022
21:07
362

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallı meşə təsərrüfatında rəzalət

7 sen, 2022
21:07
12362

Turkdünyası.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin  müavini Vüqar Kərimov ekologiyamızı bərbad günə qoyub. Meşələrimizə gəldik də isə  pensiya yaşına bir neçə ay qalmış, əksər gününi bülletendə keçirdən və əvvəllər ekologiya sahəsində rəis işlədiyi vaxtı təbiətimizə divan tutan Xalıqverdi Hüseynovun oyun-oyunacağına çevrilib.

Bu iki dırnaq arası ekoloq Regional Meşə Təsərrüfatları Mərkəzlərində direktor və onların müavinləri vəzifələrinə  qeyri-meşəçiləri gətirib yerləşdiriblər.

Masallı Regional Meşə Təsərrüfatı  Mərkəzinə bir neçə ay öncə  qeyri-meşəçi,  ağacların cinsin və ümumiyyətlə meşədən anlayışı olmayan Nəsimi Nəsibov adlı şəxsi gətirib direktor qoyublar. 

Bu şəxs direktor gələndən sonra başı qarışıb meşələri məhv etdirməyə.  
Aldığımız məlumata görə,  hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Xidməti  ərazilərində olan istirahət-rekreasiya obyektlərində müqavilə müddəti bitmiş obyektlərin müqavilələrin  artırılır və hər bir obyektə 3000-5000 manat rüşvət alınır. 
Aldığımız məlumata görə, 07.09.2022-ci il tarixdə 10 (on) istirahət mərkəzinin  müqavilə sənətin və 50 000 manat da pulu götürüb bir başa "krışa"sı olan Vüqar Kərimovun yanına Bakıya yollanıb. Yəni bitmiş müqavilələrin vaxtını  artırmaq üçün. 

 Hazırda Masallı ərazilərində olan 150-yaxın mebel sexləri yerli meşə materialları ilə doludur.
Yaxşı,  belə bir  sual olunur. 
Meşədən anlayışı olmayan birisi neçə oldu ki, Vüqar Kərimovun "sehirli çubuğu"nun vasitəsilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin edildi?

İyul 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev xaricdə olduğu vaxt, onun sağ əli olan Vüqar Kərimov  bu fürsətdən istifadə edib Nəsimi Nəsibov Masallı RMTM-nə direktor təyin etdirdi. 
Deyilənə görə, sözügedən vəzifəyə Nəsimidən 80 000 manat rüşvət  alıb.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa  hazırıq.

Bizimlə əlaqə saxlayın