E-mail: [email protected]
Masallıda Hacı İldırımın biabırçı istirahət mərkəzi -Video
Faiq Seyfullayev adlı "facebook" sosial şəbəkə istifadəçisi "MASALLI ZİYALILARI" qrupunda belə bir yazı paylaşıb.
Turkdunyası.az həmin yazını oxuculara təqdim edir:
"Həkim məsləhəti ilə Masallı rayonunda yerləşən “Fatimeyi-Zəhra” İstisu sanotoriyasına getdim.
(Bu sanotoriya haqqında komentariyada paylaşacam)
Gördüklərim məni dəli etdi, antisanitar şəraitdə fəaliyyət göstərən bu sanatoriyada nəinki müalicə alıb sağalmaq, əksinə insan burda hər cür xəstəlik tapar. Bildiyimə görə bu sanatoriya Masallının eks başcısının müavini İldırım Allahyarovun manopoliyasındadır, cünki buranı özləşdirmək olmaz ona görə ki, bura Mədəniyyət və Turizm Nazirliyi balansındadır. İldırım hər il burda milyonlar qazanır amma bura nə xərc cəkir nədə kiməsə təhvil verir ki, burda gözəl bir şərait yaratsınlar. Ay ildırım burda mülicəyə gələnlərə hörmətin yoxdu onu başa düşdük, hec olmasa bu cörəyi sənə qismət eləyən , buranın suyunu tapan ,həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlıya hörmət qoy burdakı vəziyyəti düzəlt, yaxşı rəhmətlik Mirkazımada hörmətin yoxdusa hec olmasa,1971 -ci ildə bura sanatoriya statusunu verən rəhmətlik Heydər Əliyevə hörmət qoy.
Səni kimi tapşıraq Ay İldlrım? Bunlarada hörmət qoymayan insanı kimə şikayət edəsən bilmirəm daha.
Masallı Rayon İcra Hakimiyyəti
Masallı Xəbərləri"
Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq.