10 
sen
2022
16:03
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

GORANBOY RAYONUNDA ƏHALİ SU İLƏ NİYƏ İMTAHAN OLUNUR?

10 sen, 2022
16:03
1295

 Turkdunyasi.az xəbər verir ki, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin balansında olan subartizan quyuları həftənin şənbə və bazar günləri dayandırılır. 
Çarəsiz qalan kəndlilər,fermerlər susuzluqdan əziyyıt çəkdikləri halda hansı qapını döyürlərsə haraylarına yetən məmur tapılmır.
İsti yay havası, əkin sahələrində strateji məhsul olan ag qızıl pambıq bitkilərinin suya təlabatı oldugu bir vaxtda kimlərinsə günahına əhali niyə əziyyət çəkməlidir.
İdarə rəsmiləri bildirirlər ki, limit adlı bir bəla qurtarıb bu səbəbdən həftənin şənbə və bazar günləri Goranboy rayonu üzrə istifadə edilən subartizan quyuları dayandırılarsa limit adlı bir bəlaya son qoyular.
Yazıx çarəsiz kəndlinin gününə kimlər aglasın?! DƏHŞƏTDİR. 
Hesab edirik ki, məsələ ictimailəşdikdən sonra bəlkə aidiyyatı qurumlar yaranmış problemlə məşgul olarlar.
Qeyd edim ki, yaradılmış İctimai-nəzarət şurasının rəhbəri Orxan Eliyev bu məsələni diqqətdə saxlasa qənaət bəxşedici olar.
P.S Əldə etdiyim məlumata görə Goranboy rayon Suvarma Sistemləri İdarəsi ilə Goranboy EŞ-nin arasında müəyyən narazılıqlar yaşanır və bu zərbədə qara camahata dəyir.
Movzu diqqətimizdədir.
#AzərbaycanMeliorasiyavəSuTəsərrüfatıASC

        Elçin Tagıyev;
KANAL21-in baş redaktoru, KİNİB-nin Goranboy-Naftalan şəhəri üzrə sədr müavini.

Bizimlə əlaqə saxlayın