E-mail: [email protected]
Laçın və Kəlbəcərlə sərhəddə bütün erməni mövqeləri məhv edilib - "Caliber"
Bakı vaxtı ilə səhər saat 9:15-də Azərbaycan ordusunun əməliyyatı uğurla başa çatıb.
Lent.az xəbər verir ki, bu barədə "Caliber" telegram kanalı məlumat yayıb. Bildirilib ki, əməliyyatlar ən qısa müddətdə, ən yüksək peşəkarlıqla, dəqiqliklə həyata keçirilib və mülki obyektlərə ziyan dəyməyib.
Qeyd olunub ki, Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna biləcək Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib. Onu bərpa etmək üçün Ermənistana illər lazım olacaq.
Məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı da var. Dəyəri yarım milyard dollardan çox olan iki "S-300" hava hücumundan müdafiə sistemi məhv edilib.
Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə qəti cavab verildi.
Qeyd edək ki, bu gün səhər saat 9-da atəşkəs razılaşması əldə olunsa da, Ermənistan tərəfi buna məhəl qoymayaraq, atəş açmaqda davam edib.