14 
sen
2022
10:12
108

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə məruz qoyublar - RƏSMİ

14 sen, 2022
10:12
12108

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Bizimlə əlaqə saxlayın