E-mail: [email protected]
Vladimir Putinin qızlarına sanksiya qoyuldu
Turkdunyasi.az məlumatına görə, bu barədə TASS Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Sanksiya siyahısında Dövlət Dumasının deputatları – Rusiya Prezidentini qızları Mariya Vorontsova və Katerina Tixonova , həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurova var.
Bundan əlavə, Tokio Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunun qadağan edilməsini təsdiqləyib.
Aprelin 8-də Yaponiyanın baş naziri Fumio Kişida bəyan edib ki, hakimiyyət Rusiya Federasiyasından kömür idxalının həcmini azaltmağı, həmçinin 20-ə yaxın Rusiya təşkilatına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. O, həmçinin məhdudlaşdırıcı tədbirlərin tezliklə genişləndirilə biləcəyi barədə xəbərdarlıq edib.
Ertəsi gün Yaponiyanın enerji şirkəti Kyushu Electric Power Rusiya kömürünü almağı dayandıracağını açıqladı. Onların sözlərinə görə, 2021-ci il martın 31-də başa çatan son maliyyə ilində şirkət elektrik stansiyalarının istismarı üçün tələb olunan ümumi kömürün təxminən 7%-ni Rusiyadan alıb.