19 
sen
2022
04:12
123

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəhid Şirinov Orxanın Cənnətdəki 2-ci mövludu qeyd olunub-Video

19 sen, 2022
04:12
16123

Şəhid Şirinov Orxan Elxan oğlu 1998-ci il sentyabrın 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur Subay idi 2022-ci il Sentyabrın  14-du şəhidimizin Cənnətdəki 2-ci mövludu qeyd olunub Azərbaycan Ordusunun əsgəri olan Orxan Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şirinov noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur Qəhraman Şəhidimiz Orxan Şirinov ölümündən sonra Vətən uğrunda Cəbrayılın azad olunmasına görə Qubadlının azad olunmasına görə cəsur Döyüşcü medalları ilə təltif olunub Allah Bütün Şəhidlərimizə rəhmət etsin

Bizimlə əlaqə saxlayın