19 
sen
2022
14:52
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sərhəd şərti olduğu halda necə olur ki, Ermənistan Azərbaycanı ərazilərinə müdaxilədə ittiham edir? - FOTO

19 sen, 2022
14:52
1289

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində toqquşma yaşandı. Bu hadisədən dərhal sonra erməni diasporları beynəlxalq cameədə Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə əsassız iddialarla çıxış etdilər. Həmin iddiaların əsassız olduğunu göstərən bir sıra faktorlar var. Birincisi odur ki, Ermənistan hələ Qazaxın yeddi kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan Nikol Paşinyanın dili ilə dedi ki, bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur. Deməli, bütün sərhədyanı zona şərtidir. 
Məsələ ilə bağlı Oxu.Az-a danışan politoloq Teymur Qasımlı qeyd edib ki, Üçtərəfli Bəyanatın üzərindən artıq iki ilə yaxın vaxt keçib, amma Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir: 
“Hər gün Qazaxın yeddi kəndinin qayıtmasıyla bağlı fikirlər səslənir. Amma ortada heç bir şey yoxdur. Ermənistan həmin kəndlərin əvəzində Gədəbəyin Başkənd kəndini istəyirdi, bu isə mümkün olan şey deyil. Ermənistan haqdan, beynəlxalq hüquqdan dəm vursa da, işğalçıdır. Qazaxın yeddi kəndinin, Naxçıvanın Kərki kəndinin geri qaytarılmasına dair öhdəlik götürüb, amma bunu yerinə yetirmir. Bu gün kim güclüdürsə, o qalib gəlir.
Ermənistanın bugünkü torpaqları da tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ildə Ermənistan havadarları vasitəsilə həmin torpaqlarımızı işğal edərək özünə dövlət qurub. Ona görə də hazırda Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi ittihamlar tam əsassızdır. Amma təəssüf ki, bir sıra dövlətləri özünə inandıra bilir”. 
Ekspert hesab edir ki, Azərbaycan apardığı düzgün siyasət nəticəsində Ermənistanı sülhə məcbur etməlidir:
“Həmçinin Xankəndi, Əsgəran, Xocalı və digər ərazilərin Azərbaycan torpağı olduğunu qəbul etdirməlidir. Düşünürəm ki, bundan sonrakı proseslər çox ağır olacaq. Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı yeni ittihamlar irəli sürür. Səfirliklərimizin qarşısındakı aksiyalar da bunu göstərir. Ona görə də Azərbaycan diplomatik siyasətini aparmalı, səfirlər 24 saat işləməlidirlər. Qazaxın yeddi kəndini, Naxçıvanın Kərki kəndini və digər qaytarılmayan ərazilərimizi onların ittihamlarına qarşı istifadə etməliyik”.

Bizimlə əlaqə saxlayın