12 
apr
2022
08:42
58

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda klassik maşınların yürüşü keçiriləcək

12 apr, 2022
08:42
958

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.
Turkdunyasi.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.
Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Bizimlə əlaqə saxlayın