E-mail: [email protected]
Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb - (YENİLƏNİB)
Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyalarda 1026-dan çox şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.
***
(22:23)
Sentyabrın 21-də Rusiyada elan edilən qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan aksiyalarda 930-a yaxın şəxs saxlanılıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə həyata keçirilib. Saxlanılanların əksəriyyəti Moskva (361 nəfər), Sankt-Peterburq (320 nəfər) və Yekaterinburqda (40 nəfər) qeydə alınıb.
Məlumat üçün bildirək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bu qərar qonşu Rusiyada böyük etiraz doğurub.